Əziz gənc müsəlman bacı və qardaşlarım!
Mən belə qərara gəldim ki, Azərbaycanda fəaliyyət göstərən bütün İlahiyyat fakultələrinin həm tələbələri, həm də məzunları ilə, bundan başqa nəinki İlahiyyat fakultələrinin tələbə və məzunları, bütün Azərbaycan xalqımızın gənc müsəlmanları ilə elmi fəaliyyət qurmaq üçün belə bir sayt yaradım. Məqsədimiz Azərbaycanda islamı yaymaq üçün müxtəlif ölkələrədən icazə ilə gətirilmiş dini kitabları öz dilimizə tərcümə etmək, müasir islami mövzularda materiallar hazırlamaq, köməkləşərək bunları nəşr etmək, xalqımızın, millətimizin inkişafı üçün əlimizdən gələni əsirgəməmək olsun ki, xalqımız maariflənsin. Biz bilirik Azərbaycanda kifayət qədər islami birliklər və dəyərli qardaşlarımızın hazırladığı dəyərli saytlar var. Amma bizim bu saytın yeganə fərqi o olacaqdır ki, biz bu sayt vasitəsilə İlahiyyatçıları bir yerə yığacaq və müxtəlif, maraqlı kitabların tərcümə olunması və yayılması üçün çalışacağıq. Gəlin bir yerdə bu ağır və məsuliyyətli işə başlayaq. Allah Təaladan həm özümə, həmdə sizə daima xeyir işdə öndə olmağı arzu edirəm!
Siz bütün irad, təklif, nəsihət və öyüdlərinizi, həmçinin saytımızda nəşr olunması üçün məqalə və yazılarınızı garibekrem@hotmail.comünvanına göndərin. Diqqətinizə görə təşəkkür edirəm.
|