Ana səhifə | Qeydiyyat | Giriş
Суббота, 18.05.2024, 11:17
Xoş gəldiniz, Гость | RSS
Sayt menyusu
Категории каталога
Qurani Kerim [3]
Burada Qurandan behs olunacaq.
Hedis [0]
Hedis elmine aid materiallar
Sorğu
Оцените мой сайт
Всего ответов: 35
Mini-çat
200
Ana səhifə » Статьи » Islam » Qurani Kerim

Qurani Kərim şəfadır

Yəni, bu Quranın xeyirləri və dini faydaları çoxdur. O nazil edilmişdir ki, ayələrini düşünək, onda olan uca sirrləri və hikmətləri təfəkkür edək. Möhkəm ayələr Quranın əsasıdır. İnadkarlıqdan uzaq olanlar, mütəşabeh ayələrə fitnə çıxarmaq məqsədi ilə tabe olmayanlar, haqqı istəyənlər, tabe olaraq anlayarlar. Anlayıb düşünən kimsələr öyüd alarlar və Allaha yönəlməklə hidayətə nail olarlar. Həmçinin bu Quranla ağıl sahibləri çoxlu öyüdlər alarlar. Bunda müsəlman və ya qeyri-müsəlman hər irqdən, hər rəngdən, hər dindən, hər sinifdən olan insana bir çağırış vardır. Bu onu göstərir ki, hər bir insan Quranın ayələrini düşünə bilmək imkanına sahibdir. Şəxsiyyətli hər insan da bunu edə bilər. Bunda isə böyük gözəlliklər və incəliklər vardır. (İzzet Derveze, et-tefsiru’l-hadis, Ekin Yayınları: 1/388-389). Həsən əl-Bəsri belə demişdir: "Allaha and olsun ki, onu (Quranı) düşünmək, hərflərini əzbərləmək, hökmlərinə əhəmiyyət verməməklə olmaz. Hətta insanlardan biri belə deyər: Allaha and olsun ki, Quranı oxudum, Onda oxumadığım heç bir hərf də saxlamadım. Halbuki, Allaha and olsun ki, onun heç birini oxumamışdır. Belə ki, nə əxlaqında, nə də əməlində Quranın heç bir izi-tozu üstündə görsənmir (İbn Kəsir, Müxtəsər). Qurani Kərimi oxuyanlar üçün hər hərfinə görə on savab yazılır. Səmərqəndi öz təfsirində qeyd edir ki; "Kim Qurani Kərimi oxumazsa, ayələrini düşünüb ibrət almazsa, günahlarından tövbə etməzsə, ibadətini artırmazsa və içərisindəkilərlə əməl etməzsə o ağılsız və cahildir. Bütün elmləri öyrənmiş olsa da, öyrəndiyi elmlər onu Quranın ayələrini düşünməyə və içərisindəkilərlə əməl etməyə sövq etmirsə əsl cahil (elmsiz) odur. Müasir alimlərin bir çoxu belədir. Onları dünya malı, vəzifə həvəsi, şan-şöhrət aldatmış, Quranın ayələrini düşünməkdən və əməl etməkdən uzaqlaşdırmışdır. Belələri cəza görəcəklər. (Səmərqəndi, Təfsirindən). Heç bir şübhə olmasın ki, Qurani Kərim şəfadır. Allahın izni ilə xəstə olan qəlblər və hətta böyük yaralar Quranla müalicə olunur. Bu həqiqəti Allah təala bizə xəbər vermişdir. Allah təala buyurur: "- Əgər Biz onu özgə bir dildə olan Quran etsəydik (Məkkə müşrikləri): "Məgər onun ayələri (bizim üçün) müfəssəl izah olunmalı deyildimi?! Bu nədir? (Quran) özgə dildə, (Peyğəmbər isə) ərəbmidir?!” – deyərdilər. (Ya Rəsulum!) De: "O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq (ağırlıq) vardır. O, (Quran) onları kor etmişdir. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar. (Heç bir şey eşitməz, heç bir şey anlamazlar)” (Qurani Kərim, Fussilət 44). Allah təala başqa bir ayəsndə bizə belə buyurur: "- Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır” (İsra surəsi 82). Bu ayədə olan "min”, yəni dan, dən şəkilçisi onu bildirir ki, həqiqətən də Quranın hamısı şəfadır. Necə ki, həmin ayənin sonunda Allah təala bunu bizə xəbər vermişdir. Bu barədə bəzi alimlər demişlər ki, əsasən Quranda keçən "şəfa” sözləri harada varsa həmin ayələri daha çox oxumaq lazımdır ki, insana şəfa versin. Əlbəttə bu fikirlə razı olmayan alimlər deyiblər ki, Quranın hər bir ayəsi və hər bir surəsində oxuyan üçün şəfa vardır. Qurani Kərimin tamamilə şəfa olmasını Allah təala bizə xəbər vermişdir. Qurani Kərim cəhalətin getməsi, şəkk-şübhənin açıq aşkar dərmanıdır. Qəlbində şübhə olan, sıxıntı olan, əsəb xəstəliyi olan, darıxma hiss edən hər bir müsəlman insan səmimi qəlblə və inanaraq Qurani Kərimi ərəbcə oxusa, ona necə şəfa verdiyinin, qəlbini necə təmizlədiyinin şahidi olar. Allah təala buyurur: "- (Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir. (Ya Rəsulum!) De: "Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!” (Yunus surəsi 57, 58). Qurani Kərimi oxuyanlara sükunət (rahatlıq və sakitlik) və mərhəmət nazil olur. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: "Əgər bir dəstə insan Allahın evlərindən birində bir yerə yığışıb Allahın kitabını oxusalar və öz aralarında onu öyrənsələr, mütləq onlara sükunət (rahatlıq və sakitlik) nazil olar. Rəhmi onları bürüyər, mələklər ətraflarını əhatəyə alar. Allah onları Öz dərgahında olanların arasında anar” (Müslim və başqaları rəvayət etmişlər). Qurani Kərimi diqqətlə və bütün başqa fikirləri özündən uzaqlaşdıraraq oxuduqda insanda qəribə hadisələr və gözəlliklər baş verir. Ən əvvəl insanın qəlbinə rahatçılıq gəlir, onun bütün pis fikirləri ondan uzaqlaşır. Fikirləri yaxşılığa doğru dəyişir, darıxması gedir, ləzzət almağa başlayır. Onda möhkəmlik yaranır. Çox oxunduqda əgər bədənində hansısa xəstəlik varsa onun ağrısı büruzə verir. Oxumağa davam etdikdə ağrı yumşalmağa və tədricən azalmağa başlayır. Əgər insan şər qüvvələr tərəfindən xəstələnibsə, məsələn, insana sehr-cadu ediblərsə, ona bəd nəzər dəyibsə Qurani Kərimi oxumaqla onu müalicə etmək olar. Buna islam şəriətində rüqyə deyilir. Quran oxuyaraq Allaha sığınmağa və Allahdan kömək istəməyə rüqyə deyilir. Rüqyə budur ki, imanlı bir müsəlman Quran oxumağa başladıqda əlini bədəninin ağrıyan yerinə qoyaraq oxumağa davam edir, əgər insana nəzər dəyibsə, yaxud ona sehr-cadu edilibsə Quranın ayələrini oxuduqca onda dəyişikliklər və bəzi hallar baş verəcək. Bir az oxuduqdan sonra tərləyəcək, yaxud hansısa bir yerində istilik yaranacaq, yaxud titrəyəcək, yaxud ürəyi darıxmağa başlayacaq. Həm gözdəymənin, həm də sehr cadu xəstəliyinin bir çox əlamətləri vardır. Bunu sadalamaqla kifayətlənmək olmaz. Ən əsas budur ki, insan xəstələnir. O, həkimə müraciət edir. Həkim onu bütün analizlərdən keçirir və onda heç bir nasazlıq aşkar olunmur. Təəssüf ki, xəstə nə qədər izah edirsə də həkim onu başa düşmür və açıq-aşkar xəstədə heç nə görsənmir. Həqiqətdə isə belə deyil. Xəstə ürəyinin bərk ağrıdığını deyir. Xəstənin ürəyi ağrıyır, onun hansısa bir yeri möhkəm istilənir, ürək sıxıntısından bir yerdə dayana bilmir. Bütün bunlar ətrafda görsənmir və bu yalnız xəstənin çəkdiyi bir iztirab olur. Çox hallarda gözdəyməsi olan adamlarda çox tərləmə olur, yaxud çox istilik olur. O elə hiss edir ki, od tutub yanır, yaxud da həddən çox üşütməsi olur. Ona elə gəlir ki, ən şaxtalı bir yerdədir, o cür üşüyür. Bundan başqa daha sadalamadığımız minlərcə xəstəliklər və hallar vardır ki, bununla da xəstəni Allah təalanın Kitabı Qurani Kərimi oxumaqla və Allah rəsulunun hədislərində gələn dua və zikrlərlə müalicə etmək mümkün olur. Gözdəyməsi, sehr-cadu, bədnəzər, həsəd, paxıllıq kimi şeylərdən insana xəstəliklər toxunur. Çox vaxt həkimlər səhv olaraq və bilmədən xəstəyə müxtəlif diaqnozlar qoyaraq onun vəziyyətini daha da ağırlaşdırırlar. Belə hallarda ancaq Quran oxumağa davam edilməlidir. İnsan çalışmalıdır ki, Qurani Kərimi oxuyaraq özü-özünü müalicə etsin. İnsan özü-özünü müalicə etsə təsiri daha yaxşı olar. Çünki insanın dərdini ondan daha yaxşı bilən yoxdur. Həmçinin o Quranla müalicə etmək üçün kiməsə müraciət etsə ola bilər ki, müraciət etdiyi insanın niyyətində xəstədən nə isə bir hədiyyə ummaq olar. Bu da müalicəni gecikdirər və müalicənin təsirini azaldar. Halbuki insanın özü-özünü müalicə etməsi daha təmizdir. Nəticədə insan hər gün və davamlı olaraq Quranı oxumağa davam etsə o bütün istiqamətlərdə yaxşılığa doğru gedəcək. Ümumiyyətlə çalışmaq lazımdır ki, Qurana qarşı səhlənkar olmayasan. Çünki kim davamlı və daimi Quran oxumağı özünə sevdirsə Quran da onu sevməyə başlayacaq. Bu barədə açıq-aşkar ayələr və Peyğəmbərin (ona və ailəsinə salam olsun) hədisləri var. Yuxarıda bəzi ayələri qeyd etmişik. Allahın rəsulu buyurmuşdur: "Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir”. Dünyada ən xeyirli insan təsəvvür edin ki, Quranı öyrənən və öyrədəndir. Quranı öyrənmək və öyrətmək dünyada gördüyümüz və əməl etdiyimiz bütün işlərdən xeyirlidir. Biz çalışmalıyıq ki, xeyirli insanlardan olaq. Allah yanında xeyirli olmaq üçün əlimizdən gələn bütün imkanlardan istifadə etməliyik və istifadə edə bilərik. Bu məsələyə digər məsələlər kimi səhlənkar yanaşmaq olmaz. Çünki biz Quranı öyrənib oxusaq və eyni zamanda başqalarına öyrətsək görün nə qədər hörmətli olarıq. İnsan çalışmalıdır ki, Allah yanında hörmətli olsun. Heç vaxt ağzı ilə nə dediyini dərk etməyən, ədəbsiz sözlər işlədən, fikirlərində yalnız bu dünya dərdi olan insanlar Qurana olduğu kimi əhəmiyyət verə bilməz. Bunun üçün ciddi cəhdlə çalışmaq və əzm etmək lazımdır. Qurani Kərimlə böyük alimlər böyük xəstəlikləri müalicə ediblər. Bu da Allahın izni ilə baş verir. Çünki müsəlman bəndə inanır ki, ona gələn xəstəliklər onun günahlarının bağışlanması üçün, onun təmizlənməsi üçün, möhkəmlənməsi üçündür. Hər bir iş Allah təalanın əvvəlcədən yazdığı qədərə uyğun olaraq baş verir. Belə ki, Allahın iznindən sonra insana bəd nəzər toxunur, yaxud onu sehrlə xəstəliklər toxunur. Bu vəziyyətdə insanın Allaha yönəlməkdən başqa daha təsirli bir yolu yoxdur. Xəstə olan insan çox dua edir, həmçinin yuxarıda da bildirdiyimiz kimi Quranı oxuyaraq özünü müalicə edir. Amma indi belə hallara demək olar ki, ya rast gəlmirik, yaxud çox az rast gəlirik. Bizdə xəstəlik olan kimi dərhal həkimə müraciət edirik, həkim isə həqiqətən tibbi cəhətdən düzgün müalicə apara bilmir, nəticədə xəstəlik daha da ağırlaşır. Bu o demək deyil ki, biz həkimə müraciət etməyək, yanlış anlaşılmasın, əksinə biz həmişə həkimə müraciət etməli və sağlamlığımızın qayğısına qalmalıyıq. Hamımız bilirik ki, bu gün elə xəstəliklər var ki, həkimlər aciz qalır və iynə-dərman təyin etməklə xəstəliyi daha da artırır, həmçinin müxtəlif xəstəliklərin yaranmasına təkan verirlər. Düşünən, dərk edən insan başa düşür ki, insanın başına gələn hər bir iş Allah təalanın əvvəlcədən yazdığı qədərə uyğun olaraq baş verir. Allah təala hər bir inanan insanı da imtahan üçün xəstəliyə və müsibətə düçar edir. Sonra isə istədiyi vaxt onun xəstəliyinə şəfa verir və onun dərəcəsini yüksəldir. Allah təala hər şeyə qadirdir. Əslində xəstəliklə müalicə və şəfa qaynağı əsasən tibb elminin sahəsinə aiddir. Ancaq çox hallarda tibb xəstəlik zamanı aciz qalır. Belə hallarda inanan insan Allah təalanın kitabını oxuyaraq və səhih hədislərdə gələn dua və rüqyələri oxuyaraq özünü, həmçinin xəstə birini müalicə edir. Allahın Rəsulu (s.ə.s) bütün xəstəliklərin müalicəsinin olduğunu xəbər vermiş, bunu bilənin az olduğunu xəbər vermişdir. Həmçinin xəstəlik vaxtı Allahın Rəsulu insanları müalicəyə dəvət etmiş və onların müalicə olunmasına onları təşviq etmişdir. Allahın Rəsulu bəzi Quran ayələri ilə müalicə olunmağa icazə vermiş, sonra gələn alimlərdən bəziləri bununla bağlı bir çox əsərlər yazmışlar. Hər bir insan çalışmalıdır ki, gücü çatan qədər Allahın peyğəmbəri Məhəmmədin (ona və ailəsinə salam olsun) öyrətdiyi və bizə xəbər verdiyi bütün davranışları həyatında tətbiq etsin. Belə etsə Allahın köməyi ilə ona gələn xəstəliklər ondan uzaqlaşmağa başlayacaq. Əlbəttə insanların əksəriyyəti Allah rəsulunun (ona və ailəsinə salam olsun) müalicə üsullarından xəbərsizdir. Biz bu məqaləmizdə qısa olaraq Qurani Kərimin insanın bir çox xəstəliklərinin müalicəsində effektli olduğunu dəlilləri ilə qeyd etdik. Ən doğrunu bilən Allahdır. Hər bir halda Allaha şükürlər və təriflər olsun. Ədəbiyyat
1. Qurani Kərim (Tərcümə Vasif Məmmədəliyev və Ziya Bünyadovundur) Bakı-2005. Elektron Kitab
2. Türkiye Diyanet Vakfı, İslam Ansiklopedisi, cild-26, səh-383, madde-Kuran
3. İzzet Derveze, et-tefsiru’l-hadis, Ekin Yayınları: 1/388-389
4. İbn Kəsir, Müxtəsər
5. Səmərqəndi, Təfsiri


Резюме

Священный Коран – это выздоровление Есть ряд заболеваний, перед которыми бессильна медицина и большинство врачей. Бывают и такие случаи, когда врач ставит неправильный диагноз или в больном не наблюдается никакой болезни, хотя он и жалуется на сильные боли и беспокойство в определенном органе. В таких случаях вылечить человека возможно книгой Аллаха - Священным Кораном. В данной статье мы доказали значимость лечения Кораном и то, что Коран действительно является большим спасением для человека.

Resume

The Holy Koran is recovery There are several illnesses at which medicine and most doctors are powerless. There are also such cases when a doctor defines the illness wrongly or can not find any illness in the patient though the latter complains of pains in a certain part of body. In such cases a patient can be treated with the Holy Koran. In the given article we proved the importance of cure by Koran and that Koran is really recovery for a person.

Категория: Qurani Kerim | Добавил: qelem (06.11.2010)
Просмотров: 928 | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Axtarış
Dostlar
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Copyright MyCorp © 2024 | Конструктор сайтов - uCoz