Ana səhifə | Qeydiyyat | Giriş
Пятница, 03.05.2024, 00:41
Xoş gəldiniz, Гость | RSS
Sayt menyusu
Sorğu
Оцените мой сайт
Всего ответов: 35
Mini-çat
200
Ana səhifə » 2010 » Октябрь » 17 » Uca Allaha şərik qoşmaqdan çəkinmək.
Uca Allaha şərik qoşmaqdan çəkinmək.
05:11

Şirkin növləri:          

Şirk iki növdür: 1-Böyük şirk. 2-Kiçik şirk.      

Böyük şirk: Qulun Allahla yanaşı şəriklər götürüb ibadətdə, yalnız Allaha məxsus olan (ruzi vermək, övlad bəxş etmək, öldürmək və diriltmək və sair kimi) işlərdə və Allahın ad və sifətlərində  onları Allah ilə eyni səviyyədə tutmasıdır. 

 Böyük şirkin bəzi nəticələri:  

1. İnsanın İslam dairəsindən çıxması.

2. Bütün əməllərinin batil olması.

 3. Cəhənnəmdə müşriklərlə birgə əbədi qalmasi.

4. Günahlarının bağışlanılmaması. Yalnız bu dünyada tövbə edərək ölərsə istisnadır.

 5. Müşrik bir şəxsə müsəlman bir qadın ilə evlənməyə icazə verilməməsi.

6. Öldüyü zaman yuyulmaması, kəfənlənməməsi, cənazə namazının qılınmaması və müsəlman qəbristanliğında basdırılmaması  böyük şirkin nəticələrindəndir. Böyük şirk olan bir neçə əməl:   1. Bəzi ölülərin insanların ehtiyaclarını qarşılamasına və üzüntülərini aparmasına etiqad etmək.

2. Qəbirləri təvaf etmək və ölüləri köməyə cağırmaq.

3. Ulduzların və bürclərin kainata təsir etdiyini etiqad etmək.

4. Yaradanı məxluqlara bənzətmək (Allahın əli mənim  əlim kimidir və yaxud Allahın görməyi mənim görməyim kimidir kimi sözlər demək) 

 5. Qeyb elmini  iddia etmək. Allahdan başqasının qeybi bilməsini etiqad etmək. Kahinlik, falçılıq, ovucun içini oxumaq, fincanla fala baxmaq və şüşə toplardan istifadə edib bürclərin aləmə təsir etdiklərini etiqad etmək də buna daxildir.

6. Allahdan başqasının Allahla yanaşı ibadətə haqqı olduğunu etiqad etmək.

 7. Qurban kəsmək, nəzir demək və səcdə etmək kimi bəzi ibadətləri Allahdan başqasına sərf etmək.

8. Allahdan başqasını Allahı sevən kimi sevmək və Allahdan başqasından Allahdan qorxan kimi qorxmaq.

 9. Ölüləri və qeybdə olanları köməyə çağırmaq.

10. Ruzi vermək, övlad bəxş etmək və sair kimi yalniz Allaha məxsus olan işləri məxluqlardan ummaq.

11. Allahdan qeyrisinin hökmünün Allahın hökmündən üstün olduğunu və yaxud Allahın hökmü ilə eyni səviyyədə olduğunu etiqad etmək.

12. Allahın hökmündən qeyrisi ilə hökm verməyin icazəli olduğunu etiqad etmək.                                                                               

 Kiçik  şirk.             

Kiçik şirk tərkibində şirkdən hər hansı bir növ  olub, lakin,  böyük şirk dərəcəsinə çatmayan əməllərə deyilir. Kiçik şirk böyük günahlardan da böyükdür və hansı əməldə olarsa o əməli batil edir. Sahibi Allahın istəyi altındadır istərsə ona əzab verər və istərsə bağışlayar.                      Kiçik şirkə aid bir neçə misal:   1) Allahdan qeyrisinə and içmək. Peyğəmbər (Ona və ailəsənə Allahın xeyir duası və salamı olsun) buyurmuşdur: "Kim Allahdan qeyrisinə and içərsə artıq şirk etmişdir”. (Ət-Tirmizi) 2) Riya (Əməli Allah üçün deyil başqaları görür deyə etmək) 3) Bədbinlik etmək. 4) ((Allah və sən istəsən)) və yaxud ((bu Allah və sən tərəfindəndir)), ((Allaha və sənə təvəkkül etdim)), ((Filan olmasaydı həlak olardıq)) və ((İt olmasaydı ev oğurlanardı)) kimi sözlər demək.    Möhtərəm müsəlman bacı və qardaşlarim, Sizə və öz nəfsimə şirkin bütün surətlərindən çəkinməyi tövsiyə edirəm. Buna yalnız Allaha ixlaslı olmaqla və  tövhidin şənini yüksəldən şəriət elmini əldə etməklə nail olmaq olar.  

  Mədinə tələbəsi: F. İ.

 Redaktor: Ə. H.

Просмотров: 1065 | Добавил: qelem | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Təqvim
«  Октябрь 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dostlar
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Copyright MyCorp © 2024 | Конструктор сайтов - uCoz