Allahu
təaləyə şərik qoşmaq günahlarln ən əzəmətlisi və cərimələrin ən
böyüyüdür. Ona görə də Allahu təalə onu yalnız tövbə ilə bağışlayir.
Allahu təalə buyurur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf
etməz, amma, istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar.
Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (Ən-nisa:48).
Allaha şərik qoşmaq ən böyük günah olmaqla bərabər, həm də ən böyük
zülmdür. Allahu təalə buyurur: "(Ya Rəsulum!) Yadında olsun ki, bir
zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: - Oğlum! Allaha
şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!”
(Loğman:13).