Ana səhifə | Qeydiyyat | Giriş
Суббота, 18.05.2024, 11:29
Xoş gəldiniz, Гость | RSS
Sayt menyusu
Категории каталога
Milli dinler [1]
Milli dinler haqqinda
Sorğu
Оцените мой сайт
Всего ответов: 35
Mini-çat
200
Ana səhifə » Статьи » Dinler » Milli dinler

Konfuçyüsçuluq

Bu gün Çində Yəhudilik, Xristianlıq və İslamdan başqa rəsmi xüsusiyyətə sahib olan üç din vardır. Çinlilərin San Kiao adlandırdıqları bu dinlər; Konfuçyanizm (Konfuçyüçuluq), Taoizm və Budduizmdir. Konfuçyanizm və Taoizm yerli və milli, Budduizm isə kənardan gəlmə və dünyəvi xüsusiyyətə sahibdir.

Çində adı çəkilən dinlərdən əvvəl atalara hörmət, göy və təbiət tanrılarına sitayiş, gələcəkdən xəbər vermək, müqəddəs varlıqlara qurban və Şanqti adlandırılan bir uca varlıq inancı vardır. Çində hər dövrün dini xüsusiyyəti, atalara göstərilən bağlılıq və hörmətdir. Bir Çin atalar sözündə belə deyilir: “Hər şeyin kökü göylərdədir. İnsanın kökü isə atalarındadır”. Çinlilər, insanın evlənmədən və arxada bir oğul qoymadan ölməsini böyük günah və əzab sayırdılar. Hər bir ailə ata ruhlarını xüsusi qoruyucu hesab edir və onlar üçün evin cənub qərb tərəfində yer ayırardılar. Hər evdə üzərində ataların adı xüsusi tərzdə yazılan lövhələr olardı. Ailənin başçısı evin böyük zalında və ya atalar üçün ayrılmış olan yerdəki bu lövhələrin qarşısında onlara yemək, tüstü kimi şeylər təqdim edərdi. Nişan, evlənmə kimi əhəmiyyətli işlər də burada həyata keçirilərdi. Bütün ailənin qarşısında aparılan bu ayində ata, üç tüstülənən çubuq yandırar, lövhələrin qarşısına gələr (bu lövhələr, üç-dörd nəsil qorunub, atalara aid ibadətgaha çevrilərdi), bu tüstülənən çubuqları alnına qədər qaldırıb gicgahına qoyar, üç dəfə diz çökərək doqquz dəfə təkrar edər, ya da üç dəfə baş əyərdi.

Çinliləri atalara hörmət etmək qədər birləşdirən ikinci bir xüsusiyyət, “Yin” və “Yang” prinsipləridir. Bu prinsiplər, üç Çin dini ənənəsində də vardır. Yin, mənfi; Yang isə müsbət vəziyyəti ifadə edir. Yer ilə göy arasında meydana gələn hər hadisənin bu iki prinsipin əməkdaşlıq aparmasında meydana gəldiyi qəbul edilir. Yin və Yang prinsiplərini çinlilər pis-yaxşı, qaranlıq-aydınlıq, soyuq-isti, qadın-kişi, yer-göy kimi məsəllərlə tətbiq edirlər.

Yer və göyü təmsil edən qadın Yin ilə kişi Yang prinsiplərinin hər ikisi də aləmin qurluşu üçün lazımdır. Onların harmoniya qaynağı və beləcə aləmdəki bütün nizamların əsası “tao”dur. Tao, doğruluq, yol, təbii dünya nizamı, dünyanın dəyişdirilməz qanunlara görə gedişi deməkdir. Tao sözü, həm Konfüsyuçun, həm də Laotzunun fikir sisteminin əsası olmuşdur. Ancaq Konfüsyuç, özünün əlaqədə olduğunu açıqladığı uca varlığı ifadə edən Şanqti (yuxarıdakı hökmdar) ilə eyni mənalı “Tien”i seçmişdir. Tien, göyün Rəbbi, göyün özü deməkdir. Çin mədəniyyətində Göy əhəmiyyətli bir yer tutur.

Konfüçyus tərəfindən qurulan Konfüçyusçuluq; Çində, alimlərin, ədiblərin, bürokratların, prenslərin və imperatorluq ailəsinin dini olaraq qəbul edilmişdir. Bu din, Vu-ti (m.ə. 140-87) zamanından başlayaraq 1912-ci ilə qədər dövlət dini olaraq tanınmışdır. İmperator, baş rahib sifətilə, bu əxlaqi, siyasi tərbiyəni, ənənələri, dini ayin və adətləri davam etdirmişdir. Miladdan sonra І əsrdə Budduizmin Çinə girməsi və Taoizmin miladdan sonra ІІ əsrdə inkişafı nəticəsində, bu ölkədə ilk dəfə fərdi din seçimi meydana gəlmişdir.

 

1.     Konfüsyuçun həyatı (m.ə. 551-479).               

Konfüsyuç sözü, ustad Kung mənasında Kung Fu Tzunun latınca formasıdır. Çinlilərdə bu ad Kung Chiu (Chung Ni) şəklindədir. Konfüçyus, Çinin böyük alimlərindən, filosoflarından biri və Konfüçyusçuluğun qurucusudur. Yin krallıq ailəsindən qəbul edilsə də ataları və ailəsi haqqında olan məlumatlar, sonrakı qaynaqlara aid olub, mötəbər deyldir.

Konfüçyus, Çində indiki Şang-tungun bir sahəsi olan Lu əyalətindəki Tsouda dünyaya gəldi və üç yaşında atasını itirdi. Həyatının ilk illləri yoxsulluq içərisində keçməsinə baxmayaraq, öyrənməyə həvəsli olduğu üçün yaxşı bir təhsil aldı. 19 yaşında evləndi və iki uşağı oldu. İyirmi yaşında tələbə yetişdirməyə başladı. Metodu qədimlərin hikmətini izah etmək idi. Şöhrəti hər tərəfə yayıldı və çoxlu tərəfdar qazandı. Luda çoxda əhəmiyyətli olmayan vəzifələrdə oldu. Anacaq o, qədim hakimlərin fəzilətlərinə dayanan bir yolla insanlara sülh və rifah gətirə biləcəyini düşündüyü siysi bir sistem qurdu. Bu sistemin əsasında, bütün insanların səadəti üçün, insanın fitrətən yaxşı olduğuna etimad və örnək olmağın əhəmiyyəti yatmaqda idi.

Bu sistemini eşidən və nəsihətlərini dinləyən bir hökmdar tapmaq üçün öz əyalətini tərk etdi. Çin imperatorluğunun sərhədlərində, bir bölgədən digərinə, özünü anlayan rəhbərlər axtardı. Siyasi intriqalara vərdiş etmiş rəhbərlər ona maraq göstərmədi. Onun mizacı da siyasi şəraitə uyğun deyildi. İstədiyinə çatmamş geri döndükdə artıq qocalmışdı. Həyatının son beş ilini məşhur əsərlərini yazmaq, tələbə yetişdirmək və ideologiyasını öyrərməklə keçirdi. Onun ən əhəmiyyətli əsəri Konfüsyuçuluq oldu. Milli bir dinin qurucusu olmaqla yanaşı, təşkilatçı olaraq da hörmət gördü. Chiu fuda müdrik insan olaraq öldü. Ölümündən sonra şöhrəti hər tərəfə yayıldı. Məzarı bir ziyarərgaha çevrildi. Adına ibadətgahlar düzəldildi. 1912-ci ilə qədər Çin imperatorları onun adına ildə iki dəfə, yazda və payızda ona hədiyyələr təqdim etdilər.

Konfüçyus, öz həyatını bu şəkildə xülasə etmişdir: “15 yaşımda öyrənməyə başladım. 30 yaşımda iradəmə sahib ola bildim. 40 yaşımda şübhələrimdən qurtardım. 50 yaşında göyün əmrini öyrəndim. 60 yaşında müşahidə yoluyla hər şeyi qavradım. 70 yaşında doğru olan şeylərə zərər vermədən, qəlbimin bütün istəklərini yerinə yetirə bildim”.

 

2.     Konfüsyuçuluqda müqəddəs mətinlər    

Konfüçyus, bütün qədim Çin mətinlərini gözdən keçirdi. Onun məqsədi; idarə etməklə bağlı məlumatları toplamaq, sosial həyat və ayinlərlə bağlı xüsusiyyətləri bir yerə cəm etmək, yaşayan əxlaq və ənənələrin davamını təmin etmək, beləliklə də ataların tərbiyəsinə dayanan Çin mədəniyyətini ortaya qoymaq idi.

Beləliklə Konfüçyus və tələbələri, daha əvvəlki Çin filosof və mürşüdlərinin yazılarını topladılar və izah etdilər. Konfüçyusa bağlılğq nümayiş etdirən və ondan ədəbiyyat, tarix, fəlsəfə-əxlaq öyrənən tələbələri, ölümündən sonra onun sözlərini də topladılar.

Konfüçyusçuluğun müqəddəs kitablarını meydana gətirən iki kolleksiya vardır. Bunlar; “Beş Klassika” (Wou King) və “Dörd Kitab”dır (Se Chou).

Beş Klassika: 1. Dəyişikliklər Kitabı (Yi King): Mistik və Metofizik hadisələr, 2. Tarix Kitabı (Şu King): Arxivlər, tarixi məlumatlar və keçmişə aid əhəmiyyətli vəsiqələr, 3. Şerlər kitabı (Şi King): 305 müxtəlif mahnı, 4. Mərasim Kitabı (Li King): Ayin və mərasimlərlə bağlı xatirələr (Əxlaq və ədəb), 5. Yaz və Payız hadisələri (Kun Kiyu): Yaz və payızla bağlı olaraq günbəgün yazılmış hadisələri ehtiva edir.

Dörd Kitab: XІ əsrdə Sung xanədanı yaxınlığında cəm olundu. Bu kolleksiya, idarəçi sinifin təhsilinin əsasını meydana gətirdi. İdarəçilər, məmur alınması üçün aparılan imtahanlarda bu kitablardan faydalanırdılar. Dörd kitab bunlardır: 1. Konfüçyusun danışmaları (Lun Yu), 2. Menisyusun sözləri (Mong-tse), 3. Orta yol prinsipi (Tchöng Yong), 4. Böyük elm (Ta-Hio).

 

3.     Konfüçyuçuluqda tanrı inancı

Konfüçyusun öyrətdiklərinin Çinin milli dini olması uzun bir zəhmətin nəticəsidir. Konfüçyus, özünə “din qurucusu” ünvanını verməmişdi. Buna baxmayaraq, onun prinsipi özündən sonra bir din olaraq qəbul edilmişdir. Onun əsas məqsədi, ölkənin qarışıq olan siyasi vəziyyətini düzəltmək üçün, qədim adət-ənənələri yenidən diriltmək olmuşdur. O, əsrlərdən bəri hökm sürən milli dinin ənənələrini yenidən canlandırmışdır.

Konfüsyusçuluq, Konfüsyuça dayandırılan, Çinə aid inanc və ayinlər birliyidir. Çinin dini tarixində, ən qədim dövrün harasına gedilsə də, böyük tanrı olaraq Göy Tanrı vardır. Bu, “Tien” olaraq ifadə olunur. Bu göy tanrı olan “Tien”, yuxarıdakı tanrı, göyün ağasıdır. Onun aşağısında görünməyən varlıqlar dünyası: hava cinləri və pəriləri, bulud, su, dağ cinləri və ata ruhları vardır.

Konfüçyus, insanlar arasındakı əlaqələrin əhəmiyyəti yanında həyat, ölüm, şərəf, izzət hamısının Göydən gəldiyini ifadə etmişdir. Şang-ti deyə adlandırılan uca varlığa inanc onda da davam etmişdir. Ancaq o, bu uca varlığı ifadə etmək üçün daha əvvəl istifadə olunan “Tien” sözünü götürmüşdür. Onun fikrinə görə “Tien” sözü, o zaman anlaşıldığı kimi, göydə oturan, pis hökmdarları cəzalandıran, yeni xanədanlar quran və yaxşıları mükafatlandıran atalara verilən bir ad deyildir. Tien: uca varlıq, təbiəti idarə edən, hər şeyin üstündəki varlıq, yaradıcı qüdrət idi. Bu barədəki digər termin Taodur. Tao, insanın gedəcəyi doğru yol, yəni əxlaq prinsipidir. Konfüçyus bu termindən də istifadə etmişdir. Konfüçyus, “səhər Taonu zikr edən, axşam rahat ölər” demişdir. Konfüçyus, özünü qoruduğuna və güvəndiyinə inandığı əzəmətli bir uca varlığa inanırdı. Onun fikrinə görə uca hökmdar olan Tanrıya hörmət və ibadət edilməlidir. Kainatın nizamını da quran odur.

Konfüçyusçuluğun müəyyən bir inanc sistemi, bir dini təşkilatı yoxdur, amma, qurucusu, tanrı anlayışı və müqəddəs mətinləri vardır.

 

4.     Konfüçyusçuluqda əxlaqi prinsiplər

Konfüçyusçuluq, dindən daha çox bir əxlaq və hikmət yolu olaraq göstərilir. Konfüçyusun əxlaq sistemi, cəmiyyət və millət üçündür. Məqsədi, milləti siyasi bir tərbiyə ilə səadətə qovuşdurmaqdır.

Konfüçyus, o biri dünyanın varlığını inkar etməmişdir. O, edilən günahların cəzasız qalmayacağını, bunların cəzasının o biri dünyadan daha çox bu dünyada veriləcəyini, pislik edənin xətasını ödəyərək bağışlanma istəməsinin vacibliyini bildirmişdir.

Dua, ibadət bir vəzifədir, amma daimi deyildir. Konfüçyus əxlaqının əsas təməli “Böyük Bilik”də özünü, ailəsini, millətini istiqamətləndirmək, sülhü təmin etməyin yolunu tapmaq kimi izah olunur. Konfüçyus, “Danışmalar”da dünyada beş şeyi, hər şeyə tətbiq etmək qabiliyyətini “mükəmməl ləyaqət” adlandırır. Bu ləyaqətlər, təmkinlilik, comərdlik, səmimiyyət, doğruluq və nəzakətdir. Bunları da belə izah edir: “Təmkinlisənsə, hörmətsizlik görməzsən. Comərdsənsə, hər şeyi əldə edərsən. Səmimisənsə xalq sənə etibar edər. Doğrusansa çox şeyi bacararsan. Mədənisənsə başqalarını xidmətində istifadə edə bilərsən”. O, üstün insanı “Zəiflərə kömək edər, zənginlərin sərvətini artırmaz” deyə tərif etmişdir. Üstün insanla aşağı səviyyədə olan insan arasındakı fərqi belə izah etmişdir: “Böyük və üstün insan ləyaqəti, kiçik insan isə rahatçılığı düşünər. Üstün insan qanunlar üzərində başını işlədər, kiçik insan isə öz xeyirini axtarar. Böyük və üstün insan yalnız doğruluğu, kiçik insan isə yalnız xeyiri düşünər”.

Konfüçyusa görə bir kimsə xarici gözəllikdən çox yaxşı əxlaqa dəyər verərsə, ailəsinə xidmət üçün büün zəhmətlərə qatlanarsa, ağasına bütün həyatında bağlı qala bilərsə, dostları ilə olan əlaqələrində səmimi olarsa, o insan üçün heç nə bilmir deyilsə də, o insan ən elmli insandır. Özünü elmə verənlər üstün və böyük insanlardır. Böyük və üstün insanlar, davranışlarında düşüncəli və diqqətli olmağa, üz ifadələrində səmimiyyətə, sözlərində nəzakət və şərəfliliyə əhəmiyyət verərlər. Onlar, qohum-əqrəbalarına, ana və atalarına yaxşı davranar, xalqını fəzilətlə yüksəldərlər. “Əgər böyük və üstün insan ayinləri sevərsə xalq hörmətsizlik etməyə cəsarət etməz. əgər o, doğruluğu, düzgünlüyü sevərsə xalq vətəndaş olmaqdan çəkinməz. Əgər o sədaqəti sevərsə xalq səmimi olar. Bax bunları əldə etdikdə vətənin hər tərəfindən xalq, uşaqlarını yanlarına alaraq onun yanına gələrlər”.

Konfüçyusun təlqini bu dörd mövzu ətrafında dönür: 1. Mədəniyyət, 2. İş idarəsi, 3. Üstə qarşı dürüst davranmaq, 4. Verilən sözdə durmaq.

Konfüçyusçuluqda beş əsas insani əlaqə vardır: 1. İşçi ilə məmur, 2. Ana-ata ilə uşaqlar, 3. Ər ilə arvad, 4. Qardaşlar, 5. Dost və yaxınlar arasındakı əlaqə və hörmət. Bu beş əsas, bütün həyatın ən əhəmiyyətli əlaqələrini içində tutur.

Ər və arvad, qardaşlar, dost və yaxınlar arasındakı əlaqələr də müəyyən qaydalara bağlanmışdır: Evin kişisi, ailəsi həyatda ikən onu qoyub uzaq ölkələrə getməməlidir. Ailəyə xidmət edərkən onlara tənqiddə mülayim davranmalı, onlara tərbiyələrinə görə xidmət edilməli, ailə sıxıntıya düşdükdə də gənc uşaqlar ailəyə kömək etməlidirlər.



Источник: http://Salam aleykum
Категория: Milli dinler | Добавил: qelem (04.10.2007) | Автор: Ekrem Hesenov
Просмотров: 1852 | Комментарии: 2 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Axtarış
Dostlar
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Copyright MyCorp © 2024 | Конструктор сайтов - uCoz