Milli dinlər, bir icmaya və ya millətə aid dinlərdir. Milli dinlərdə ortaqlaşan bir quruluş və səadətə çatmaq prinsipi vardır. Həmin dinə sahib olan cəmiyyətin və ya icmanın bütün fərdləri eyni birlik və səadəti paylaşırlar. Hər bir fərd, qurbanlara və müqəddəs ayinlərə qatılaraq öz milli tanrılarıyla təmas quracağına inanır. Keçmiş zamanlarda olduğu kimi, müasir dövrümüzdə də milli dinlərə sahib olanlar vardır. Bəzən milli bir dinin hakim olduğu cəmiyyətdən dünyəvi dinin yarandığı (Hinduzimin hakim olduğu Hindistandan Budduizmin yarandığı kimi), bəzən də dünyəvi qurluşa sahib olan dinin milliləşdiyi görünür (Yəhudi dini kimi). Milli dinlərdən bəziləri aşağıdakılardır: