Həmd, Aləmlərin Rəbbi Allahadır. Salat və salam,
Peyğəmbərimiz Məhəmmədə, onun əhli beytinə və səhabələrinin hamısının üzərinə
olsun.
Heç
şübhə yoxdur ki, Allah Təalanın qulları üzərindəki nemətlərindən biri də, onlara
mükafatlarını vermək və onları lütfündən çoxaltmaq üçün günlər və aylar boyu
xeyr və bərəkət mövsümlərini bir-biri ardınca dalbadal onlara bəxş etməsidir.
Mübarək həcc mövsümü bitər birməz, onu qiymətli ay olan Allahın Məhərrəm ayı
izləmişdir.